Almaniya Rusiyanın köməyi olmadan qaz anbarlarının tam doldurulmasını təmin edə bilir.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller deyib.
Müller hesab edir ki, qaz anbarları qaz istehlakındakı dalğalanmaları kompensasiya edir və bununla da bazar üçün bufer sistemi təşkil edir. Eyni zamanda, enerjiyə qənaət siyasəti ölkənin qışdan sağ çıxmasına kömək etdi.
"İndi biz qışı nisbətən tam anbarla başa vururuq. Bu, yayda anbarı Rusiya boru kəməri qazı olmadan doldurmağa kömək edəcək", - Müller deyib.
O vurğulayıb ki, indi Almaniyanın məqsədi gələn qışa hazırlaşmaqdır və bu, o deməkdir ki, ölkə qaza qənaət kursunu davam etdirəcək.
2022-ci ilin noyabrında Almaniya Federal Şəbəkə Agentliyi ölkənin yeraltı qaz anbarlarının demək olar ki, tamamilə doldurulduğunu, ümumi qaz səviyyəsinin təxminən 99,54 faiz olduğunu açıqladı.
Bundan əlavə, agentliyin məlumatına görə, oktyabrın 24-dən oktyabrın 30-dək Almaniyada qaz istehlakı azalıb, o, xüsusilə hava şəraiti ilə əlaqədar son 4 ildə orta səviyyədən aşağı olub.
E.ŞİRİNOV