Fransa prezidenti Emmanuel Makron son açıqlamaları ilə "diplomatik zəlzələ" yaradıb.
Die Welt bunu belə şərh edib.
Makron xüsusi olaraq vurğulayıb ki, Avropa Çinlə münaqişəsində “ABŞ-ın vassalı” olmamalı, “fövqəlgüclərin konsertində müstəqil üçüncü qüvvəyə” çevrilməlidir.
Eyni zamanda o, dolların dünyanın ehtiyat valyutası kimi rolunu tənqid edib və Amerika pullarının “ekstraterritoriallığı” barədə xəbərdarlıq edib, buna görə də sanksiyalardan qorxaraq Aİ-dəki müəssisələr birlikdən kənar xarici dövlətlərlə əməliyyatlardan imtina etmək məcburiyyətində qalırlar.
Valyuta bazarlarında Makronun açıqlaması yaxşı başa düşüldü və bu səbəbdən Amerika pullarının bir çox başqa valyutalar qarşısında dəyəri aşağı düşüb.
“Və bu, dollar hegemonluğunun sonunun başlanğıcı ola bilər” deyə Die Welt yazır. Onu təkcə Rusiya və Çin deyil, həm də Avropa tərk edərsə, dünya pul sistemi “epoxal dönüş nöqtəsi” ərəfəsində olacaq.
Eyni zamanda ekspertlər valyutalardan birinin həqiqətən də dolları sıxışdıra biləcəyinə şübhə ilə yanaşırlar. Onlar dünya pul sisteminin sadəcə olaraq daha çoxqütblü olacağına inanırlar. Və qızıl da bunda böyük rol oynayacaq.
Qeyd edək ki, FED ardıcıl olaraq uçot dərəcəsini artırır. Sonuncu dəfəki isə 2006-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Və bu da əsasən ABŞ dolları ilə hərəkət edən dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşmür. Milli valyutaları dəyərdən salır.
Y.MƏMMƏDLİ