Bu gün Moskva Valyuta Birjasında hərracların başlanğıcında rubl itirilmiş mövqelərini geri almağa başlayıb - dolların məzənnəsi 81,76 rubla düşüb.
Belə ki, ABŞ valyutası 14 qəpik itirib və hazırda 81,76 rubla satılır.
Amma avro, əksinə, artır, hələlik əhəmiyyətsiz dərəcədə - cəmi 4,5 qəpik, Avropa valyutası isə hazırda 89,63 rubl dəyərindədir.
Qeyd edək ki, birjada yuan da bir qədər bahalaşıb - Çin milli valyutası 0,2 qəpik bahalaşaraq 11,86 rubla satılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, Fransa prezidenti Emmanuel Makron da ABŞ dollarının beynəlxalq ticarətdə üstünlüyünə etiraz ediblər. Braziliya prezidenti yeni alternativ valyutanın yaradılmasını da təklif edib.
Y.MƏMMƏDLİ