booked.net booked.net  

Ölkəyə ən çox investisiya yatıran ölkə Niderlanddır.

***

2023-cü ilin birinci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 496 milyon, 600 min ABŞ dolları təşkil edib. 

TEZADLAR.AZ Gürcüstan Respublikasının Milli Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin birinci rübü ilə müqayisədə xarici investisiyaların həcmi 13.7% azalıb. 2023-cü ilin birinci rübündə Gürcüstana ən çox investisiya yatıran ölkə 239.6 milyon dollarla Niderland olub. Ümumilikdə xarici investisiyaların 48.2%-i bu ölkənin payına düşüb. İkinci sırada 63.2 milyon dollarla Yaponiya (ümumi investisiyaların 12.7%-i), üçüncü sırada isə 54.7 milyon dollarla (ümumi investisiyaların 11%-i) Amerika Birləşmiş Ştatları qərarlaşıb.

Məlumata əsasən, 2023-cü ilin birinci rübündə ən böyük birbaşa xarici investisiya emal sənayesi sektoruna qoyulub ki, bunun da miqdarı 226,3 milyon ABŞ dolları təşkil edib. İkinci yerdə 90.7 milyon dollarla ticarət sektoru, üçüncü yerdə isə 43.3 milyon dollarla nəqliyyat sektoru qərarlaşıb.

24news/ge

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN