Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724 manat 40 qəpik olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-may) müqayisədə 40 qəpik artıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724 manat olub. Əvvəlki oilin eyni dövrü ilə müqayisədə isə orta aylıq nominal əmək haqqı 4 manat 40 qəpik artıb.

Açıqlanan məlumatda qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində ölkədə orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:
Yanvar - 690,9 manat
Yanvar-Fevral - 692,3 manat
Yanvar-Mart - 713,2 manat
Yanvar-Aprel - 722,3 manat
Yanvar-May - 724 manat
Yanvar-İyun - 724,4 manat

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN