İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı

dövlət satınalmaları sahəsində aparılan islahatlara həsr olunub.

Hesabatda qanunvericilikdə müxtəlif istiqamətlərdə edilmiş dəyişikliklər qeyd olunub. Bu islahatlara elektron satınalma prosedurunda tətbiq edilən yeni üsul, malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosesləri, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı prosedurunun portal üzərindən aparılması, təkliflərin açılışı, bir bank günü ərzində təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti və müqavilənin şərtlərinin dəyişdirilməsi prosesləri daxildir. Əlavə olaraq, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu və elektron satınalma elanı (dəvəti) prosedurlarının indi vahid internet portalı üzərindən həyata keçirilməsi qeyd edilib.

“İslahat icmalı” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən birlikdə hazırlanıb.

“İslahat icmalı” ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

***

Həmçinin qeyd edək ki, bu günlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Professor Vüsal Qasımlının "İqtisadi artım" kitabı da Özbəkistan Prezident Administrasiyasının beyin mərkəzində təqdim olunub

 Kitabın müəllifi, Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı iqtisadi artım konsepsiyasını təqdim edib. O qeyd edib ki, iqtisadi artımın təmin olunmasında müxtəlif amillər rol oynasa da, hər bir ölkənin özünəməxsus çağırışları və inkişaf strategiyaları olmalıdır. Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarəedilməsi modeli böyük maraq doğurub. Xüsusilə də, islahatların generasiyası və qiymətləndirilməsi arasında əlaqənin yaradılması, prosesin tam rəqəmsallaşdırılması, böyük verilənlər bazası əsasında qərarların qəbul edilməsi, Azərbaycanın dünyada ən islahatçı ölkələr qrupunda təmsil olunması vurğulanıb. Qərara gəlinib ki, Azərbaycanın iqtisadi islahatların idarəedilməsi modelinin daha dərindən öyrənilməsi üçün Özbəkistanın nümayəndə heyətinin ölkəmizə səfəri təşkil olunsun. Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimov Azərbaycan və Özbəkistan kimi dost ölkələrin beyin mərkəzləri arasında əməkdaşlığın və bilik mübadiləsinin vacib olduğunu qeyd edib.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN