Nəhayət, adı həmişə qalmaqallarda çəkilən Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olundu...
Tezadlar.az-a Dövlət Gömrük Komitəsinin mətbuat Xidmətindən verilən məlumata görə, komitənin sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.
E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub. Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib. Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.
İnanmaq istərdik ki, bu idarədə, nəhayət, narazılıqlardan əsər-əlamət qalmayacaq...
XƏYYAM