Azərbaycan fındıq istehsalının ən böyük payına malik ilk 5 ölkə sırasına daxil olub.

Bu barədə Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının 2022-2023-cü illər üzrə hesabatında bildirilir.

Belə ki, Azərbaycan qlobal istehsalçılar arasında 4-cü yerdədir.

Bu dövrdə Azərbaycanda 24 min ton qabığı soyulmuş fındıq istehsal edilib. Ölkəmizin dünya istehsalında payı 4 faiz təşkil edir.

İlk üçlüyə isə Türkiyə (415,3 min ton – 71 faiz), İtaliya (38,7 min ton – 7 faiz) və ABŞ (31,9 min ton – 5 faiz) daxildir. Beşinci yerdə Çili (22,7 min ton – 4 faiz) qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkədən 54,6 milyon ABŞ dolları dəyərində 11 min ton meşə fındığı ixrac olunub. Bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 1,6 faiz (877,27 min dollar), həcm olaraq isə 15,7 faiz (1,5 min ton) çoxdur.

 

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN