İşğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarımız artıq 600 manatlıq birdəfəlik müavinətin alınması üçün müraciət edə bilirlər.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, müavinət proaktiv qaydada təyin edilir və şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir.
Vüqar Bayramov həmin müavinətdən kimlərin yararlana biləcəklərini də açıqlayıb və vurğulayıb ki, bu barədə sual verənlər çoxdur.
Onun sözlərinə görə, bu müvinətdən yalnız orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyənlər yararlana biləcək, yəni peşəsi olmayan orta təhsilli şəxslərə şamil edilməyəcək.
"Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Bizə ən çox müraciət edilən suallardan biri də 600 manat birdəfəlik müavinətin kimlərə şamil olunması ilə bağlıdır. Qeyd edək ki, bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belı ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər.
Bu isə o deməkdir ki, işğaldan azad oluna ərazilərimizdə çalışan və sadəcə orta məktəbi bitirənlər həmin müavinətdən istifadə edə bilmirlər", - deyə bildirib.
İqtisadçının fikrincə, bu müavinətin verilməsində məqsədlərdən biri də həmin ərazilərimizdə ixtisaslı kadrların axınını stimuallaşdırmaqdır.
Lakin Vüqar Bayramov müavinətin təhsilindən asılı olmayaraq, risk zonasında - mina terroru ilə üz-üzə olan bütün işçilərə verilməsinin tərəfdarı olduğunu bildirib və təkliflərini də açıqlayıb:
"Bununla belə, həmin ərazilərdə, xüsusən də minaların çoxluğu səbəbindən risk faktorunun yüksək olduğunu nəzərə alaraq müavinətin Qarabağ və Şərqi Zəngəzurda çalışan bütün vətəndaşlarımızı əhatə etməsi məqsədəuyyğun olardı. Bu baxımdan, təklif edirik ki, sadəcə orta məktəb bitirən vətəndaşlarımız da diferensial olaraq həmin müavinəti almaq hüququna malik olsunlar. İşğaldan azad olunaN ərazilərimizdə çalışan və sadəcə orta məktəb bitirmiş vətəndaşlarımız diferensial yanaşma ilə müavinətin 50 faizi həcmində dəstək, yəni 300 manat almaq hüququna malik ola bilərlər. Bu, bir tərəfdən ixtisaslı kadrların stimullaşdırılması hədəfinin qalmasına, digər tərəfdən isə həmin ərazilərdə çalışan bütün işçilərin müavinətdən istifadə etməsinə imkan yarada bilər", -deputat deyib.
Yəqin ki, Vüqar Bayramovun bu təklifi nəzər alınar və həyatlarını risk altında qoyaraq işğaldan azad edilmiş ərazilərimizdə çalışan orta təhsilli vətəndaşlarımıza da müəyyən miqdarda müavinət verilər.
Y.MƏMMƏDLİ 
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN