Qırğızıstanda un və buğdanın ixracına qadağa qoyulub.
QR Nazirlər Kabineti “Qırğızıstan Respublikasından bəzi növ kənd təsərrüfatı mallarının ixracına müvəqqəti qadağa tətbiq edilməsi haqqında” qərar qəbul edib. Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Beləliklə, Qırğızıstanda artıq altı ay müddətində buğda unu və ərzaq buğdasının ixracına qadağa qoyuldu. Qərar ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq məhsullarının bazar qiymətlərinin sabitləşdirilməsi məqsədilə qəbul edilib.
Sənəd sentyabrın 22-də qəbul edilib və rəsmi dərc edildikdən üç gün sonra, yəni bu gündən qüvvəyə minir.
JASMİN