2023-cü ilin 10 ayı ərzində Özbəkistanın xarici ticarət dövriyyəsi təqribən 51 milyard dollara (+25,2%) çatıb. İdxal ixracı 10 milyard dollar üstələyib.

Qızıl ixracı rekord həddə - 6,87 milyard dollara yüksəldi ki, bu da keçən illə müqayisədə 1,6 dəfə 2020-ci ildən çoxdur.

 Bu barədə ölkənini prezident yanında Statistika Agentliyinin hesabatında bildirilir.

 Belə ki, Özbəkistan Respublikasında ixrac 29,1% artaraq 20,47 milyard dollara, idxal 30,5 milyarda (+22,7%) çatıb. Xarici ticarət kəsiri -10 milyard dolları ötüb ki, bu da ötən ilin göstəricisindən (9,01 milyard dollar) çoxdur.

 Azərbaycan 2022-ci ildə dünya bazarlarına 5 min 482,68 kq qızıl ixrac edib. ki, . Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $185 milyon 249,68 min (azalma 8,5%) təşkil edib.

Həmçinin Azərbaycan 2023-cü ilin ilk 8 ayında 1 375.7 kiloqram həcmində qızıl hasil edib. Qızıl istehsalının həcmi illik müqayisədə 31.1 faiz arıtmış olub. Cari ilin ilk 7 ayı ərzində Azərbaycan xaricə cəmi 11.5 ABŞ dollar həcmində qızıl ixrac edib. Bu, 2022-ci ilin ilk 7 ayında 14.4 dolları həcmində olub.

 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (101,8 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

 Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN