Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir. Sentyabrdan sonra neftin qiymətində 16.0 faiz azalama qeydə alınıb.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov fikirlərini bildirib.
O, vurğulayıb ki, Azərbaycanın əsas ixracatını neft və neft məhsulları təşkil etdiyi üçün ölkəyə daxil olan valyutanın həcmi də birbaşa bu məhsulların qiymətindən asılıdır.
"Neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Hazırda, Azərbaycan ixracatının 80 faizə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir",- deyə iqtisadçı-ekspert bildirib.
O, həmçinin diqqətə çatdırıb ki, bir neçə gün sonra OPEK-in keçirəcəyi iclasda hasilatın artırılması məsələsi müzakirə olunacaq, hansı ki, bu da neftin qiymətinə təsirsiz qalmır. 
Onun fikrincə, neftin qiyməti valyuta bazarına təkci iqtisadi deyil, psixoloji təsir gücünə də malikdir. 
"Noyabrın 26-da OPEK + alyansının iclasının keçiriləcəyi gözlənilır. Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür.
Hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, nefti qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir", - o, qeyd edib.
İqtisadçı-ekspert diqqətə çatdırıb ki, neftin gələcəkdə dəyişə biləcək qiyməti valyuta bazarına təsir edə bilər.
"Brent markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər. Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq",- Vüqar Bayramov izah edib .
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN