Qırğızıstanda dollar ucuzlaşmaqda davam edir. Bir həftə ərzində o, az qala 50 tıyın ucuzlaşıb.
Bu gün Qırğızıstan paytaxtındakı valyutadəyişmə məntəqələri və kommersiya bankları dolları 88,4-88,6 soma alıb, 89,25-89,5 soma satır. Nominal məzənnə Milli Bank tərəfindən 88,8176 som (0,13 faiz azalma) səviyyəsində müəyyən edilib.
Avro nisbətən stabil olaraq qalır. Bu gün 95,9-96,6 soma alınıb, 97,1-97,6 soma satılır. Rəsmi məzənnə 96,9888 som (0,18 faiz artım) təşkil edir.
Rusiya rublu qırğız somundan baha olaraq qalır. 0,995-1 soma alınır, 1,02-1,03 soma satılır. Nominal məzənnə 1,0058 som (0,42 faiz azalma) təşkil edir.
Xatırladq ki, ötən gün MM-in deputatı Vüqar Bayramov bildirib ki, brent markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər.
O, vurğulayıb ki, Aərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib və Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır.
İqtisadçının sözlərinə görə, neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.
JASMİN