Bakının süni yaradılmış tıxac problemi indi də iri addımlarla Azərbaycanın -sərhəd gömrük məntəqələrinə doğru gedərək Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsinə çatıb...
Bu barədə artıq Gürcüstan mətbuatı da məlumat yayıb. Məlumatda bildirilir ki, noyabr ayının 1-dən etibarən böyük sıxlıq yaşanır. Tranzit yükdaşıma ınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir. Ümumilikdə beş yüzə yaxın tranzit yükdaşıma maşınları yolun kənarında gözləyirlər. “Mazımqara” gömrük keçid məntəqəsindən isə bildirilib ki, yaşanan bu sıxlığın səbəbi əsasən il sonu olması etibarilə yükdaşımanın artmasıdır.
Yaxşı, bu hal hər il baş verirsə, bəs niyə qabaqlayıcı tədbir görülmür? Bunun üçün Amerika kəşf etməkmi lazımdır? Axı yük aparanların demək olar hamısı sahibkarlar və iş adamlarıdır. Onlara vurulan ziyan bəs kim tərəfindən ödəniləcək?
A.Məmmədli