Rusiya və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini artırmaqda davam edir.
2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artaraq 4,358 milyard dollar təşkil edib. Beləliklə, il ərzində ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi 17,5% artıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycandan Rusiya Federasiyasına malların tədarükü təxminən 23% artaraq 1 milyard 196 milyon dollara, Rusiya məhsullarının respublikaya idxalı isə 15,6 faiz artaraq 3 milyard 162 milyon dollara çatıb.
Rusiya Federasiyası (İİtaliya və Türkiyə ilə birlikdə) Azərbaycanın ilk 3 əsas ticarət tərəfdaşından biridir.
Xatırladaq ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu isə təxminən 24,5 %-lik artım demək idi.
JASMİN