Azərbaycan prioritet sahə kimi yaşıl iqtisadiyyata böyük önəm verir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri, Tacikistan Peşəkar Məsləhətçilər İttifaqının İdarə Heyətinin sədri Larisa Kislyakova bildirib.

“COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasına təkan verəcək. Bu tədbir ölkənin istək və səylərini beynəlxalq ictimaiyyətə çatdırmağa kömək edəcək. COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizənin maliyyələşdirilməsi üçün yeni məqsəd müəyyən edilib və bu məqsəd Yaşıl İqlim Fondunun mühüm tərkib hissəsi olacaq”, - L.Kislyakova qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan böyük beynəlxalq tədbirlərin təşkilatçısı kimi müsbət imic qazanıb.

Ekspert qeyd edib ki, iqlim dəyişikliyi bütün qitələrdəki ölkələrə təsir edir. Bu dəyişikliklər ölkələrin iqtisadiyyatını məhv edir, insanların həyatına təsir edir: “COP29 konfransının keçirilməsini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab etmək olar”, - deyə L.Kislyakova bildirib.

 Qeyd edək ki, Şərqi Avropa regional qrupu  Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi barədə ötən il dekabrın 9-da məlumat yayıb.

 Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən keçirilməyə başlayıb və əsas məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN