2024-cü ilin ilk 2 ayında Azərbaycanda günəş enerjisi istehsalı kəskin artıb. Belə ki, bu dövrdə günəşdən alınan enerji 6 dəfə artaraq 50,7 milyon kvt.st olub. Ötən ilin ilk 2 ayında cəmi 8.4 milyon kvt.st günəş enerjisi istehsal olunmuşdu.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O diqqətə çatdırıb ki, cari ilin yanvar-ferval aylarında külək elektrik stansiyalarında 9,5 milyon kvt.st, "Bərk Məişət Tullantılarının Yandırılması Zavodu"nda isə 41,7 milyon kvt.st elektrik enerjisi istehsal edilib.
"Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 2 ayında külək elektrik stansiyalarında 9,1 milyon kvt.st, digər mənbədə isə 39,0 milyon kvt.st elektrik enerjisi istehsal edilmişdir", - deyə qeyd edib.
Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilərmi? - sualını isə belə cavablandırıb:
"Qeyd edək ki, inkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir", - deyib.
İqtisadçı vurğulayıb ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir: "Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar".
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN