“Qida tullantılarının parçalanması metan əmələ gətirir. İlk 20 ildə atmosferi karbon dioksiddən təxminən 80 dəfə çox qızdırır”.

***

TEZADLAR.AZ xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının ətraf mühit proqramının (UNEP) saytında martın 27-də dərc edilən hesabatına görə, hər gün dünyada 1 milyard porsiyadan (porsiya- bir adamlıq yemək) çox yemək israf edilir, təxminən 800 milyon insan isə ac qalır.

2022-ci ildə dünyada 1,05 milyard ton ərzaq atılıb, daha doğrusu insanların istifadə edə biləcəyi qidanın təxminən beşdə biri israf edilib.

Eyni zamanda, 783 milyon insan aclıqdan əziyyət çəkib, bəşəriyyətin üçdə biri ərzaq çatışmazlığı ilə üzləşib.

Poliqona atılan ərzaq məhsullarının ümumi həcminin 60%-i ev təsərrüfatlarının, 28%-i iaşə müəssisələrinin, 12%-i pərakəndə satış müəssisələrinin payına düşür.

“Qida tullantıları qlobal faciədir. Bu gün dünyada qida tullanarkən milyonlarla insan aclıq çəkir”, -deyə UNEP-in icraçı direktoru İnger Andersen bildirib.

Onun sözlərinə görə, belə tullantılar iqlimə və təbiətə də ciddi ziyan vurur.

Bu, onunla izah edilir ki, qida tullantılarının parçalanması metan əmələ gətirir. O ilk 20 il ərzində atmosferi karbon dioksiddən təxminən 80 dəfədən də çox qızdırır. Hesabatda deyilir ki, qida tullantıları təkcə iqlim dəyişikliyinə təsir etmir, həm də onu daha da pisləşdirə bilər.

Məsələn, isti iqlimi olan ölkələr sərin iqlimi olan ölkələrlə müqayisədə daha çox qida tullayır, çünki yüksək temperaturlar xarab olmamışdan əvvəl qidanın saxlanmasını və daşınmasını çətinləşdirir.

Hesabatda, həmçinin müəyyən edilib ki, yüksək və orta gəlirli ölkələrdə israf edilən ərzaq miqdarı ildə adambaşına cəmi 7 kq etibarilə  fərqlənir.

  Eyni zamanda, vurğulanır ki, kənd yerlərində qidalar daha az  atılır. Bunun ehtimal edilən izahı, qida tullantılarının ev heyvanlarına, mal-qara və ya kompostlara (gübrə kimi) verilə bilməsidir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN