İyunun 3-dən iyunun 9-dək Azərbaycan Rusiyaya təxminən 1,2 milyon yumurta tədarük edib.

Dekabrın sonundan etibarən isə ölkəmiz Rusiya Federasiyasına 46 milyon ədəddən çox məhsul ixrac edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  “Rosselxoznadzor” (Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidməti)  məlumat yayıb.

 Dekabrın 19-dan Rusiya Federasiyası respublikadan ümumilikdə 46,8 milyon ədəd toyuq yumurtası alıb.

 Ötən il “Russtat”ın məlumatına görə, Rusiyada yumurtanın qiyməti 46% artıb. Rusiya prezidenti Vladimir Putin bu dəyişiklikləri istehlak səviyyəsinin artması və səlahiyyətlilərin yanlış reaksiyası ilə əlaqələndirib.

 Xatırladaq ki, 2023-cü ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin Bakıya səfərindən sonra Azərbaycan Respublikasından ərzaq yumurtalarının ixracına dair razılıq əldə olunub.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN