2025-ci ildə Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.
TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir
Bildirilib ki, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.
Beləliklə, 62 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.