İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə biznes subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.

Tezadlar.az xəbər verir ki, DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin əməkdaşı Aynur Hacıyeva təqdimatla çıxış edərək Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə həyata keçirilən yol xəritəsi çərçivəsində bir sıra yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. Təqdimat zamanı sahibkarlığın təşviqi və biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemləri, biznesin elektronlaşdırılması ilə bağlı tədbirlər, onlayn qeydiyyat sisteminin üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, onlayn qeydiyyatın tətbiqində məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, sahibkarlarla ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Görüş iştirakçılarına vergi ödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr, xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN