Bu il Qazaxıstan Respublikasında rekord həcmdə taxıl  məhsulu əldə edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu, hökumətin bu il kənd təsərrüfatının güzəştli maliyyələşdirilməsinə rekord məbləğdə - 580 milyard tenge ayırması sayəsində mümkün olub.

Kazpravda.kz hökumətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məbləğ fermerlərə birbaşa kredit, daha ucuz faiz dərəcələri və forvard alışı üçün köçürülüb.

Nəticədə respublika fermerləri dənli bitkilərdən rekord məhsul götürüblər - orta məhsuldarlıq 16,1 sentner/ha olub və 26,7 milyon ton taxıl biçilib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə orta məhsuldarlıq 10 sent/ha olub. Həmçinin 10,9 sentner/ha məhsuldarlıqla 3,2 milyon ton yağlı bitkilər biçilmiş, 2,9 milyon ton kartof, 3,9 milyon ton tərəvəz, 2,6 milyon ton bostan məhsulları yığılmışdır.

Kənd təsərrüfatı texnologiyalarından düzgün istifadə, yüksək keyfiyyətli toxum, mineral gübrə və bitkilərin səmərəli mühafizəsi sayəsində yüksək məhsul əldə edilib. Gələcəkdə kənd təsərrüfatı bitkilərinin şaxələndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Dövlət başçısının tapşırıqlarının icrasına dair Yol Xəritəsi çərçivəsində 2024-2028-ci illərdə kənd təsərrüfatının ümumi məhsulunun həcminin iki dəfə artırılması vəzifəsi qoyulub.

Ümumiyyətlə, Aqrar-sənaye kompleksinin 2021–2030-cu illər üçün İnkişaf Konsepsiyası çərçivəsində 2030-cu ilədək buğda məhsuldarlığının 20 sentnerə çatdırılması nəzərdə tutulur.

Mətbuat xidməti qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, 2025-ci ilin yaz-tarla və biçin işlərinin maliyyələşdirilməsinə artıq bu ildən başlanılıb.

 Xatırladaq ki, Qazaxıstan hər il 8-9 milyon ton taxıl ixrac edir ki, bunun da 6,5-7,5 milyon tonu sırf buğdadır.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN