Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 17,6 dəfə artaraq 172,4 milyon dolları üstələyib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Belə ki, Azərbaycandan Serbiyaya ixrac: 165 milyon dollar (+568,8 dəfə), Serbiyadan Azərbaycana idxal: 7,36 milyon dollar (-22,6%) təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Azərbaycan ilk dəfə serbiyaya xam neft ixrac edib -  31.56 min ton həcmində. İxracdan Azərbaycana  17.52 milyon ABŞ dolları valyuta daxil olub. Bir ton Serbiyaya 555.04 dollara ticarət edilib. Ölkənin ilk 4 ayı üzrə neftin bir tonu orta hesabla 629.9 dollara ixrac edilib.

 Həmçinin iki ölkə arasında 2013-cü ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı, bir çox sahələr üzrə əməkdaşlıq sənədləri imzalanıb.

2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 36%, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb. Və bu tendensiya davam etməkdədir.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN