Bundan sonra xarici ölkələrdəki ticarət nümayəndəliklərinin maaşı, təminatı və kompensasiyası “Diplomatik xidmət haqqında” Qanuna əsasən müəyyən ediləcək.
TEZADLAR.AZ xəbər verir ki, qeyd edilən məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
Milli Məclisin iclasında keçirilən müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.