Fransa parlamentinin üzvü Loik Kervran bu məhsulun Rusiyadan idxalına qarşı planlaşdırılan məhdudlaşdırıcı tədbirlər fonunda gübrələrin qiymətinin qalxması riskindən narahatlığını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə deputatın Fransanın Kənd Təsərrüfatı və Ərzaq Suverenliyi naziri Enni Cenevrə müraciətində deyilir.

Kervran parlament sualında Cenevrədən Avropa Komissiyasının (AK) Rusiyadan idxal olunan gübrələrə yüksək rüsumların tətbiqi təklifi ilə bağlı mövqeyini soruşub.

“2025-ci il yanvarın 28-də Komissiya Rusiyadan gələn gübrələrə gömrük rüsumlarının artırılması təklifini qəbul edib. Bu gün fransız fermerlərinin istifadə etdiyi gübrənin böyük bir hissəsi həmin ölkədən gəlir və ona görə də onlar komissiyanın təklif etdiyi verginin təsirindən narahat olacaqlar”, - o izah edib.

Fransa parlamentinin üzvü Loik Kervran tərəfindən pul axınının artıq məhdudlaşdırıldığı bir vaxtda fransız fermerləri üçün bu həyati vacib malların qiymətlərinin artması riski var.

Belə ki, deputat nazirdən Parisin bu təkliflə bağlı rəsmi mövqeyinin necə olduğunu və Fransada gübrə istehsalına dəstək tədbirlərinin nəzərdə tutulub-tutulmadığını soruşub.

Bundan əvvəl Avropa Komissiyası (AK) Rusiya və Belarusdan gələn gübrələrə qoruyucu rüsumların tətbiqinə çağırıb. 2025-ci il iyulun 1-dən azot gübrələrinin idxal rüsumları hər ton üçün 40-45 avro təşkil edəcək. Sonrakı illərdə onlar artacaq və 2035-ci ilə qədər 100 faizə çatacaq.

Avropalı ekspertlər hesab edirlər ki, bu tədbirin effekti 2026-cı ildən tez görünməyəcək. Rusiya mallarından asılılığı azaltmaq üçün AK istehsalı genişləndirməyə ümid edir. Komissiya fermerlərin münasib qiymətlərlə gübrə ala biləcəyini əmin edir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN