Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri 303A ünvanında  fəaliyyət göstərən fiziki şəxs İbrahimov Əlif Lətif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə istehsal olunan “Good Life” əmtəə nişanlı şaftalı şirəsi tərkibli meyvə içkisinin etiket məlumatlarında  istehsalda şaftalı püresinin istifadə olunduğu göstərilsə də, faktiki istehsal prosesində alma püresi və şaftalı aromatizatorundan istifadə edildiyi, xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, istehsal və yardımçı sahələrin girişində dezbaryerlərin quraşdırılmadığı, çalışan işçi heyətin müvafiq iş geyimləri ilə təmin olunmadığı, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq  müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

TEZADLAR.AZ

           

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN