Azərbaycanda beş günlük tətil bu gündən iş fəaliyyəti ilə tamamlandı...
Belə ki, bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə olan beş günlük tətil başa çatıb. Kimi tətil günlərini evində, kimi bölgələrdə, kimi də elə iş başında yola verdi... Tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edib. Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləri olub. Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olub. Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edib.
Amma təəssüflər olsun, bu gün işə başlayanlar çörəyin qiymətinin qalxmasına şahid etməli oldular. "Təzadlar"ın əməkdaşlarının Bakının müxtəlif ərazilərindəki dükanlardakı müşahidələri göstərir ki, qiymət artımında 10-15 manat dəyişiklik var. Rəsmi orqanlar isə hələki mövqe bildirməyiblər. Görünür, bu daha çox çörək sənayesinin özəl sahələrə aid olması ilə bağlıdır.
A.Məmmədli