...Dünyada baş verən ekoloji problemlər bir-biri ilə bağlıdır və əlaqəlidir.

Belə ki, son zamanlar Bakı bulvarının bəzi yerlərində sahil  xəttinin geri çəkilməsi müşahidə olunur. Hətta Bakı buxtasında adacıqlar əmələ gəlib. Bunun səbəbi nədir? Rəsmi məlumatlara görə, son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi 1977 - ci ildə qeydə alınıb-dünya okeanı səviyyəsindən 29 metr aşağı. 1978-ci ildən suyun səviyyəsi artmağa başlayıb, orta hesabla ildə 15 santimetr artıb. Lakin 2006-cı ildən yenə də Xəzərin səviyyəsinin davamlı olaraq enməsi müşahidə olunur. 2020-ci ildə dənizin orta illik səviyyəsi dünya okeanı səviyyəsindən 27,9 metr aşağı olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Turan-a bildiriblər ki, 2021-ci ildə Xəzərin səviyyəsi 35 santimetr enib. "2005-ci illə müqayisədə Xəzərin səviyyəsi 119 santimetr enib. Ən kəskin enmə ötən il qeydə alınıb", - nazirlikdən bildiriblər.

 Mütəxəssislərin məlumatına görə, Xəzərin səviyyəsinin enməsi davam edəcək və əsrin sonuna qədər əhəmiyyətli dərəcədə enəcək. Bu, dənizin ekosisteminə, ətraf mühitə və Xəzəryanı dövlətlərin iqtisadi həyatına ciddi təsir göstərəcək. Almaniya və hollandiyalı alimlərin araşdırmalarına görə, əsrin sonuna qədər Xəzərin səviyyəsi bu günlə müqayisədə 9 -8 metr enə bilər. Ekoloq Rövşən Abdullayev hesab edir ki, Xəzərin səviyyəsinin enməsi dənizə axan çaylarda suyun həcminin azalması ilə əlaqədardır. Əsasən Volqa və Kürdə. Başqa bir səbəb isə suyun buxarlanmasının artmasıdır. Bəzi ekspertlər hesab edirlər ki, Xəzərin səviyyəsinin enməsi tektonik problemdir və suyun səviyyəsi yenidən qalxacaq. Hələlik sahil xəttinin geri çəkilməsi davam edir. Bu, gəmilərin sahilə yan ala bilməməsinə, balıqların kürülədiyi yerlərin qurumasına, geniş şoranlıqların əmələ gəlməsinə səbəb ola bilər.  Xəzərin geri çəkilməsilə neftlə çirklənmiş sahələr üzə çıxaxaq. Onların buxarlanması havanın da çirklənməsinə səbəb olacaq. Proqnozlara görə, Xəzər heç vaxt əvvəlki qədər böyük olmayacaq.

Qeyd edək ki, dənizin geri çəkilməsi bəzən böyük ekoloji natarazlıq yaradır və rəsmi qurumlar bunu müvafiq fəaliyyətdə mütləq nəzərə almalıdırlar. Məsələn, bəzən dənizin geri çəkilməsi aldadıcı olur və bir çox tikinti təşkilatları, dəniz təsərrüfatı fəaliyyətini buna uyğun nizamlayır. Amma qəflətən suyun sahilə geri qayıtması bütün işləri alt-üst edə bilər. Dünya sularında belə hadisələr çox olmaqla, böyük təbii fəlakətlərə də gətirib çıxarıb.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN