Qazaxıstan hakimiyyəti respublikada maye qazın ən böyük satıcıları arasında qiymət sövdələşməsinin əlamətlərini görüb.

Bu barədə “Xabar -24” telekanalı məlumat yayıb.

 Şübhə altına düşən şirkətlər arasında “Kazmunayqaz”, “ Kazgermunay”, “CNPC-Aktobemunayqaz” və “Qazaxoyl”un adları yer alır. 

 "Onların hərəkətlərində qiymət sövdələşməsi və bazarda dominant mövqedən sui-istifadə əlamətləri var", - deyə məlumatda bildirilib. 

 Əgər şirkətlərin günahı sübuta yetirilərsə, onlar cərimələnəcəklər. Söhbət 2021-ci il ərzində baş verən qiymət artımlarından gedir.  Mümkün sövdələşmə işi ilə bağlı ilkin məlumatlar 20 gün ərzində Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə təqdim ediləcək.

 Qeyd edək ki, adı çəkilən şirkətlərdən “CNPC-Aktobemunayqaz” (China National Petroleum Corporation - CNPC)  Qazaxıstan –Çin birgə müəssisəsidir.

  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

Sankt-Peterburqun SKA xokkey klubunun baş məşqçisi
Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatı
Azərbaycan Texniki Universitetinin İdman Sarayında
İlin ən yaxşı futbolçusu “Real Madrid”in braziliya
Azərbaycan Respublikasının gənclər və idman naziri

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA

Username *
Password *
Remember Me