booked.netbooked.net booked.net  

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

(AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

TEZADLAR.AZ xəbər verir ki, agentlik əməkdaşları Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bayraməliyev Rəşid Musa oğluna məxsus ərzaq satışı mağazasında planlı yoxlama keçirib. Yoxlama zamanı ərzaq mağazasında qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatların və meyvə şirələrinin qanunsuz satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı istehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN