Yeni ilin elə ilk günlərindən - hələ bayram sevincini yaşamamış  çörəyin qiymətinin qaldırılması

bizi gözləyən bahalaşmanın ilk müjdəçisi oldu. Ardınca digər ərzaq və qeyri - ərzaq məhsullarında da qiymətlərinə  yavaş-yavaş  "əl gəzdirildi"...

İndi isə bu qiymət artımının avtomobil bazarından da yan keçməyəcəyi özünü hiss etdirməkdədir. Lakin avtomobillərin qiymətinin bu gedişlə daha çox bahalaşacağı gözlənilir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı trend-ə  Bakının avtomobil bazarında durğunluq olduğunu bildirib.  Onun sözlərinə görə, bir neçə ay əvvəl bazarda həftəsonu satışa çıxarılan avtomobil həddən artıq çox olurdu: "Ancaq son həftələr həm alıcıların, həm də satıcıların sayı kəskin azalıb. Avtomobil bazarında yaranan bu durğunluğun əsas səbəbi avtomobil qiymətlərinin artması ilə bağlıdır. Xüsusən dizel avtomobillərinin aksiz vergisinin artırılması, bu avtomobillərin ölkə daxilində qiymətinin 50% qalxmasına səbəb ola bilər. Bununla yanaşı, benzinlə işləyən avtomobillərin qiymətinin 20% qalxması gözlənilir. İlin əvvəli olduğundan avtomobil satanlarda, alanlarda gözləmə mövqeyindədir. Marta qədər maşın bazarında bu durğunluq davam edəcək",- deyə ekspert bildirib.

Odur ki, avtomobil almaq arzusunda olanlar, büdcələrinə bir daha göz gəzdirməli olacaqlar...

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 10,4 faiz artıb.

2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 5,9 faiz artıb.

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN