BELƏ MƏHSULLAR SÜFRƏLƏRİMİZƏ NECƏ YOL TAPIR?..

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Göygöl rayonunun Qızılqaya qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Mehman Zülfü oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirilmiş yoxlama zamanı müəssisədə normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmadığı müəyyən edilib.

Qeyd edək ki, AQTA həmin müəssisədə “Təmiz və Saf” nişanı adı altında istehsal olunan məhsulların etiketlərində tərkibi ilə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan məlumatların yer aldığını, məhsulun üzərində istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığını və digər nöqsanlar aşkarlayıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məhsulların ticarət dövriyyəsinə daxil edilməsinin qarşısı alınıb. Müəssisədə istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Hazırda araşdırmalar davam etdirilir.

Qəribəsi budur ki, bu cür tərkibi naməlum, antisanitariya şəraitində istehsal edilən məhsullar mağazaların piştaxtalarına rahatlıqca “yol tapır” və oradan da süfrələrimizədək gələrək, nə vaxtsa fəsadlarını büruzə verəcək qədər sağlamlığımıza zərbə vururlar. Belə sexlər, müəssisələr fırıldaqlarının üstü açıılanadək uzun müddət, bəlkə də illərlə bu cür fəaliyyət göstəririlər...

Təəssüf ki, bəzi mağazaların, satış mərkəzlərinin sahibləri (ərzaq təhlükəsizliyini nəzərə alaraq) alıb – satacaqları bu cür məhsulların, istehsal olunduğu məkanı görmək, prosesi izləmək üçün həmin sexə nümayəndəsini belə göndərmir... Həmin sexlərdə baş verənlərdən xəbərsiz, yaxud da bilərəkdən,  göz yumaraq insanların saglamlığına zərər verənlərə və öz ciblərinə xidmət edirlər.

JASMİN  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN