İyunun 30-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

Komitədən "Təzadlar"a bildirilib ki, əvvəlcə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov  iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərinə məlumat verib və bildirib ki, Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasına, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafına, həmçinin statistik məlumatlara olan inamın artırılmasına nail olmaq üçün rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. Komitə sədri onu da qeyd edib ki, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi məqsədi ilə mühüm tədbirlər uğurla icra edilməkdədir.

Sonra hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər və dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məruzələr dinlənilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla hasilat sənayesində şəffaflıq (HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləmiş, beynəlxalq standartlar əsasında HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək lazımi tədbirlər həyata keçirmiş, o cümlədən müvafiq hesabatların hazırlanaraq ictimaiyyətə açıqlığını təmin etmişdir.

Eyni zamanda Şura üzvlərinin nəzərinə çatdırılıb ki, inzibati məlumatlar sahəsində həyata keçirilən tədbirlər, qüvvədə olan rəsmi statistika hesabatı formalarındakı göstəricilərin ixtisar olunmasına və bununla da respondentlərə düşən hesabat yükünün azalmasına, məlumatların toplanmasına ayrılan vaxta və vəsaitə qənaət edilməsinə gətirib çıxaracaqdır.

Müzakirələrlə davam edən şura iclasında mövzu ilə bağlı təkliflər səsləndiririlib, müvafiq qərarlar qəbul olunub. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN