Tbilisi məhkəməsinin Saakaşvili barədə çıxardığı qərar qalmaqala səbəb olub...
Belə ki, Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı qətnamə qəbul edib. Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, qətnaməni 577 deputat lehinə, 33 deputat isə əleyhinə səs verib, 26 deputat bitərəf qalıb. Qətnamədə oliqarx Bidzina İvanişvilinin şəxsi vendettanın tərkib hissəsi kimi Saakaşvilinin həbsində oynadığı fundamental rol vurğulanır. Buna görə də Parlament Şuraya və demokratik tərəfdaşlara “Gürcüstanda siyasi prosesin pisləşməsindəki” roluna görə İvanişviliyə qarşı sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırış edib. Bundan başqa, Avropa Parlamenti Gürcüstan hakimiyyətini ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilini xaricdə müalicə olunmaq üçün azad etməyə çağırıb.
Gürcüstan hakimiyyəti hələki bu qətnaməyə reaksiya verməyə tələsmir. Amma faktdır ki, qətnamə icra olunacaq və İvanaşviliyə ciddi problemlər yaradacaq. Elə İvanaşvilinin də yaxınları bundan ciddi narahatdırlar. Gürcüstan KİV-lərində bu məsələ ciddi sənəd kimi müzakirəyə səbəb olub...
A.Məmmədli