Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dəmir Yolları QSC-nin tikinti işlərinin podratçısı olan “Murov” şirkətinin bəzi qaranlıq məqamları da üzə çıxıb...

Belə ki, məhkəmədə “Murov” şirkətinin sahibi Əfqan Zeynalovun həmin şirkətin kadrlar şöbəsinin keçmiş müdiri Nelli Fabriçnayaya qarşı iddiasına baxılır. Zeynalov keçmiş işçisini 400 min dollar (720 min manat) oğurlamaqda ittiham edir. İclasın birinci yarısında prosesin bütün iştirakçıları öz iddialarını irəli sürüblər. Hakim yuxarı instansiyalara şikayətlər paketini göstərib. Onun fikrincə, bunları Nelli öz vəkili Qazanfar Rzayevin məsləhətilə yazıb. Müttəhim bu işdə iştirakını inkar edib, üstəlik ərizələr imzalanmayıb. Onlarda məhkəmənin subyektivliyindən danışılır və instansiyalardan "prosesi nəzarət altına götürmək" xahiş olunur. Hakim qeyd edib ki, istintaq təcridxanasından məktublar müəssisə rəhbərinin icazəsi olmadan göndərilməməlidir(Turan İA).

Bu hadisədə təəccüblü olan odur ki, hakim Qəniyevlə bağlı şikayətlər hakim Qəniyevin özünə qaytarılıb. Zərərçəkən Zeynalov yenidən işin təkrar istintaqa qaytarılması tələbini yenidən səsləndirib, çünki onun üçün vacib olan epizodlar məhkəmə çəkişməsindən kənarda qalıb. Vəkil Rzayev buna etiraz edib. O, bəzi əhəmiyyətsiz epizodların ittihamlar siyahısına daxil edilməməsilə bağlı müstəntiqin qərarını düzgün hesab edib.

Vəkil Qəzənfər Rzayev və onun müdafiə etdiyi Fabriçnaya bütün məhkəmə heyətinə etiraz edbilər. Çünki müdafiəçinin dediyi kimi, məhkəmə heyəti müdafiə tərəfinin  vəsatətini təmin etmir. Lakin vəkilin bu vəsatəti də yerinə yetirilməyib, belə ki, hakimin sözlərinə görə, hakimlərin hərəkətlərini qanunsuz hesab etmək üçün onun əsası yoxdur.

Vəkil Rzayev Zeynalov və onun vəkilinin hakim Qəniyevlə şübhəli əlaqələri barədə məsələ qaldırıb. Rzayev onların dəftərxanada necə ünsiyyət qurduqlarını görüb. Hakim Qəniyev vəkilin dediyi faktı inkar etməyib. Hakim Qəniyev vəkil Rzayevi məhkəmə iclasına qəsdən gecikməkdə ittiham edib, bu səbəbdən fevralın 13-də iclas 32 dəqiqə gec başlayıb. Rzayev deyib ki, hakim bir saat gecikir və hamı onu gözləməli olur. Lakin Qaniyev öz gecikmələrini "obyektiv səbəblərlə" izah edib.

Müzakirələrdən sonra hakim Qəniyev Zeynalovun vəkili İlhamə Həsənovanın vəsatətini təmin edib. Vəkil Zeynalovun başqa müdafiəçisi olduğu ifadə verən şahidlərin yenidən dindirilməsini istəyib. O hesab edir ki, əvvəlki vəkilin vaxtında şahidlərə vacib suallar verilməyib. İttiham tərəfi Fabriçnaya və onun qardaşı Oleqin əmanətlərinin saxlanmasının aydınlaşdırılması üçün Azərbaycanın bir neçə bankına sorğu göndərmək, bank sms-lərini oxumaq niyyətindədir. Əfqan Zeynalov bildirib ki, ondan oğurlanan pulları Azərbaycanın hüdudlarından kənarda yaşayan Oleqə köçürüblər. O, məhkəmədən ona qarşı tədbir görməsini tələb edib. Bu fikir Fabriçnaya tərəfindən narazılıqla qarşılanıb, o deyib ki, ailə üzvlərinin öz əmanətləri var, “Murov” şirkətilə əlaqələri yoxdur.

Müttəhim Nelli Fabriçnaya məhkəmə zalında mikrofonlardan və kameralardan istifadə edilməməsinə, həmçinin çıxışların rus dilinə tərcümə olunmamasına etirazını bildirib. Hakim etiraz edərək deyib ki, Nelli və atası Azərbaycan dilini bilir. Nelly məhkəmədə sualları cavablandırmaqdan imtina etdiyi üçün hakimin Fabriçnayanın istintaqa ifadələrini oxuması da maraqlı olub. İstintaqda Fabriçnaya “Murov” şirkətindəki vəziyyəti açıqlayıb. Zeynalov pulları Fabriçnayanın atasının mənzilində quraşdırılmış seyfdə saxlayıb. O vaxt münasibətləri yaxşı olub. Şirkətin öz ofisi olsa da, Zeynalov Nellinin atasının yaşadığı binada kirayə mənzildə yaşayıb. Əfqan seyfin kodunu və açarlarını Nelliyə və Vyaçeslava verməyib, seyfə pulları özü qoyub, özü də götürürmüş, bu barədə Nelliyə məlumat verirmiş. O, pulların seyfə seyfə qoyulması və götürülməsi hallarını sadalayıb, ən böyük məbləğ 1 milyon 200 min dollar olub, onun göstərişilə şefə verib.

Nellinin keçmiş tanışı Rauf Zülfüqarovla münaqişəsi olub. İlk vaxtlar dostunun problemlərini həll etməyə kömək edərək ona böyük məbləğdə borc verib. Sonra münasibətləri pozulub və Rauf onu şəxsi xarakterli ifşaedici fotoların dərcilə hədələyərək daha böyük məbləğlər tələb etməyə başlayıb.

Fabriçnaya və onun şefi arasındakı münasibətlər xidməti səviyyədən kənara çıxıb. Nelli istintaqda bildirib ki, o, Zeynalov ilə birlikdə 4-5 dəfə Türkiyəyə gedib, orada Əfqan ona zinət əşyaları hədiyyə edib. Zeynalov ağır xəstələnəndə Nelli həkimin yazdığı dərmanların düzgün qəbuluna nəzarət edib, Əfqan doğma qardaşını da yanına buraxmayıb. Zeynalov dərman qəbulu qrafikini pozduğunda xəstələnib. 2020-ci il müharibəsi zamanı Zeynalov cəbhəyə gedib, həmin vaxt Nelli rəisin imzaladığı etibarnamə ilə şirkəti idarə edib. Ancaq bir dəfə Zeynalov 300 minə yaxın dolların itdiyini görüb. Şirkətdə qalmaqal baş verib, Fabriçnaya xadimədən şübhələnib, pulları o götürə bilərdi. Fabriçnayanın sözlərinə görə, Zeynalov ona təzyiq göstərib, R.Zülfüqarovun şantajedici hərəkətləri bitməyib.

Fabriçnaya stresli vəziyyətdə etirafedici qəbz yazaraq itmiş pulların hamısını müdirə qaytaracağını vəd etdiyində Zeynalov onu döyüb. Ancaq sonra Nelli dediyi kimi, bundan imtina edib, çünki qəbzi güc təzyiqi altında yazıb. Münaqişə zamanı Zeynalov Fabriçnayanı işdən çıxarıb əvvəlki vəzifəsinə qaytarıb. Növbəti məhkəmə iclasında istintaq mərhələsində Fabriçnayanın verdiyi ifadələr dinləniləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN