Qarabağdakı Erməni separatçılar prezident İlham Əliyevin Münhendəki nitqinə operativ cavab veriblər.
Belə ki, İlham Əliyev çıxışında haqlı olaraq separatçıların "dövlət naziri" adlandırılan Ruben Vardanyanla danışıqların mümkünlüyünü qəti rədd edib və Laçın yolunda keçid-buraxılış məntəqəsinin yaradılmasının vacibliyini bildirib. Bu isə o deməkdir ki, ermənilər Qarabağa xarici ölkəyə səfər edən turistlər kimi gələcək.
Maraqlıdır ki, özünü separatçıların "prezident"i adlandıran Araik Arutyunyan da dillənib... Ruben Vardanyanı isə Azərbaycandan ayrılma ideologiyasını davam etdirəcəklərini bildirib. Fevralın 19-da isə Araik Arutyunyan özünün Facebook səhifəsində deyib ki, erməni icmasının idarəetmə orqanları "ictimai əhval - ruhiyyəni tam əks etdirmir, bəzi hallarda isə lazımi səviyyədə etimada malik deyillər ki, bu da bugünkü qeyri-müəyyənlik və daim inkişaf edən hadisələr şəraitində çox vaxt obyektiv və subyektiv narazılığa səbəb olur, daxili sarsıntılara gətirib çıxarır.
O, ictimaiyyətin tələbilə razılaşıb və Qarabağın erməni əhalisinin müxtəlif regionlarının nümayəndələrinin iştirakı ilə məşvərətçi orqan yaradıb. Arutyunyan bildirib ki, fevralın 23-də "təhdidlər, planlar və gələcək addımlarla" bağlı çıxış edəcək. Fevralın 23-də isə Vardanyanın istefası gözlənilir. Ermənistanın sosial şəbəkə resurslarında və mediada Arutyuyanın Vardanyanı istefaya göndərmək qərarına gəldiyi bildirilir.
Bir sözlə, separatçılar başını itirib, qalıb Qarabağdan özlərinin itib rədd olması...
A.Məmmədli