İranda dini dəyərləri təhqir edən iki nəfər edam edilib.

TEZADLAR.AZ xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Ədliyyədən verilən yazılı açıqlamada Sədrullah Fazili Zari və Yusuf Mihrdadın edam hökmləri və edamlarının təfərrüatları paylaşılıb.

Açıqlamada Zari və Mihrdadın Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdikləri, həmin mövzuda onlarla sosial media hesabı vasitəsilə aktiv olduqları bildirilib.

Ayrıca Zarinin sosial şəbəkədə Qurani-Kərimi yandıran görüntüləri paylaşdığı da qeyd edilib.

Sözügedən iki nəfərə verilən edam hökmlərinin bu gün səhər saatlarında icra olunduğu bildirilib.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN