Bu qara buludlar yaz yağışına deyil, qanunsuz əməllərə işarədir...

...Ölkəmizin o başından - səfalı Qaxdan gələn xəbər təəssüf ki, ürəkaçan deyil. Dövlət Kukla Teatrında aləm bir-birinə dəyib. Əldə etdiyimiz məlumata görə, orta ixtisas təhsilli (?), 17 ildir baş rejissor kimi çalışan, şiddətli töhmət almağına baxmayaraq, eyni zamanda direktor vəzifəsini icra edən (?) Yusif Abdurahmanov nə dövlətin qanunlarını sayır, nə də kollektivi. Qəribədir ki, adı çəkilən şəxs haqqında zaman-zaman xoşagəlməz xəbərlər dolaşır. Nədənsə indiyədək ölçü götürülməyib. Redaksiyamıza daxil olan şikayəti də elə kollektiv üzvləri yazıblar...

 Yazılanlardan bəlli olur ki, yerində oturdulmadığını görən “qəhrəman”sa bəlli olmayan hansı xidmətinə görə aldığı “Əməkdar artist” fəxri adı və artıq üçüncü dəfə yiyələndiyi illik Prezident mükafatına söykənib meydan sulayır. “...2021-ci ilin oktyabrından 2022-ci ilin iyun ayının sonlarınadək birinci dəfə direktoru əvəz etdikdən sonra görünür həvəsə düşən Y. Abdurahmanov vəzifə həvəsindən geri dura bilməyib. Artıq beşinci aydır ikinci dəfə direktor əvəzi vəzifəsini daşıyır. Təəssüf ki, məsuliyyətin, dövlət etimadının nə olduğunu düzgün qiymətləndirməyən direktor əvəzi teatrı dərəbəylik şəraitində idarə edir. Kollektivin səbr kasası dolan bir qism əməkdaşının bu günlərdə rayon prokurorluğuna etdiyi şikayətdə baş rejissor-direktor əvəzinin həm keçmişdə, həm də son aylarda törətdiyi qanunsuz əməllər, səriştəsiz, saymazyana rəhbərliyi nəticəsində işçilər arasında ikitirəlik salması, öz tərəfdarlarına açıq-aşkar himayədarlıq, bəzilərinəsə az qala düşmən münasibəti sərgiləməsi, yaradıcılıq əhval-ruhiyyəsindən uzaq şər-böhtanlı mühit formalaşdırması, saxtakarlıqla məşğulluğu - bilet satışından əldə edilən gəlirin bank hesabına yerləşdirməməsi, saxta biletləri dövriyyəyə buraxması, eyni zamanda onları yandırması, faktiki işləməyən şəxsə əmək haqqı, qastrol tamaşaları zamanı iştirakçıların adına artıq pul hesablaması və onları mənimsəməsi bildirilib. Bu hələ harasıdır, həmçinin teatra məxsus xidməti maşın üçün nəzərdə tutulan yanacaq kartıyla oğlunun şəxsi maşınına benzin doldurması, kadr üzrə bəzi əmrləri icra etməməsi, teatrın sifarişi əsasında iş görmüş təşkilatlara maliyyə ödənişlərini yerinə yetirməməsi, rüşvətlə işə adam götürməsi və sair bu qəbildəndir. Qax rayon Prokurorluğundan Mədəniyyət Nazirliyinə mövcud gərginlik və bu səbəbdən teatrın - xüsusilə rəhbər şəxslərin nəzarətə götürülməsinin vacibliyilə bağlı məlumat verilməsinə baxmayaraq, paytaxtdan gəlib-gedən, bu xüsusda gərək olan addım atılması barədə xəbər yoxdur. 24 il teatra rəhbərlik etmiş, ləkəli keçmişiylə tanınan, iki il əvvəl barəsində cinayət işi açılmış və təqsiri sübuta yetirilmiş, sonda vəzifəsiylə vidalaşmış Nazim Mahmudovla işbirliyində olmuş Y.Abdurahmanovun tender oyununun əsas iştirakçısı və əvvəlcə həyat yoldaşının, sonra qaynının adına bir ştat vahidi əmək haqqını uzun illər mənimsəmə faktına görə digər vəzifəli şəxs kimi söylənən cinayət işində adı keçir.

seymur-5

Qəribədir ki, o və digər vəzifəlilər - baş mühasib Fəxrəddin Əliyev, baş rəssam Mais Abdullayev bu günədək sudan quru çıxmağı bacarıblar (?). Ötən ilin iyun-dekabr aylarında teatra rəhbərlik etmiş şəxsin isə sağlam niyyətinə, peşəkarlığına, nizam-intizamı bərqərar edərək qurub-yaratmağına dözə bilməyən Nazim Mahmudov, Yusif Abdurahmanov, Fəxrəddin Əliyev, Mais Abdullayev, teatrın bir neçə şər-xata əməkdaşı, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova, baş məsləhətçi Günay Hümbətovanın himayədarlığı ilə fitnə-fəsada əl ataraq qısa vaxtda teatr üçün layiqli işlər görmüş direktoru müqavilə müddətinin bitməsi bəhanəsiylə işdən kənarlaşdıra biliblər. Bu barədə məlumatlı olan mədəniyyət naziri isə Fərəh Acalova və Könül Cəfərovanı artıq vəzifələrindən azad edib. Lakin hansı qüvvə isə hələ ki, baş rejissor-direktor əvəzini və digər adı bulaşanları qoruyur. Xoş sorağı gələn yeni mədəniyyət nazirinin ədalətli yanaşmasına, nalayiq hərəkətləriylə sənəti gözdən salanların cəzalarını  alacaqlarına, tezliklə Qax teatrında xoş sabahların açılacağına ümid edirik...”, -deyə şikayət məktubunda qeyd olunur.

seymur-6

Media olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Yusif Abdurahmanova, sonra isə Mədəniyyət Nazirliyinin rəsmisi Vəfa Novruzovaya zəng etdik, məsələnin mahiyyətinə aydınlıq gətirməyə çalışdıq.  (Direktor əvəzi şikayət maktubundakı iddiaları şər və böhtan adlandırdı...). Bu barədə daha ətraflı növbəti yazıda bəhs ediləcək...

“Təzadlar”

seymur-7

seymur-3

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN