Xəbər verdiyimiz ki, Şükürova Amaliya Sevindik qızı rəsmi çıxarışla və digər rəsmi sənədlər əsasında "Real" MTK- dan 6 ildir -2017-ci ildə 129 min manata satmış olduğu təmirsiz mənzildən çıxarılma təhlükəsi ilə üz-üzə idi... Şikayətçi "Təzadlar"a müraciət etmişdi... Fəzail Bayramov küç. 1156 ünvanındakı 28-ci qalmaqallı mənzilin qəflətən, yəni 6 il sonra yeni sakini peyda olmuşdu. MTK rəhbərliyi isə başqa söhbətin mövzusu olan yollarla həmin mənzili Şükürova Amaliya Sevindik qızına sataraq qalmaqallı problemə meydan olmuşdur... Ən dəhşətlisi, qəflətən həmin mənzilə Xətai məhkəmə qərarının icraçıları gəlib ki, bu mənzil artıq başqa vətəndaşa məxsusdur, tərk edin... Və bu qalmaqallı məsələ günlərdir hər iki tərəfdə ciddi mübahisəli və münaqişəli vəziyyət yaratmışdır... Məhkəmə qərarı ilə Şükürovların xeyrinə "çıxarılmış" sözügedən qərarın icrasının həyata keçirilməsi zamanı bubgün ara-sıra insidentlər də yaşandı. Redaksiyamız tərəfindən qərarın icrası zamanı hüquqverici sənəd olan Çlxarış sənədli olan Fərəməzovlarla evdənçıxarılma həyata keçirilərkən şokda olan həmin sakinlərin ailə üzvlərindən yaşlı sakin Fərəməzova Solmaz şirkət rəhbərliyi Adilağa Hüseynovun bu yaranmış xoşagəlməz vəziyyətdə onların maliyyə arayışı ilə həmin şəxsə ödədiyini əsas gətirərək çıxarılacaqları təqdirdə ödəmiş olduqları 129 min manat pulun və təmirə çəkilmiş əlavə vəsaitin kompensasiya şəklində (dəymiş ziyan kimi) qaytarılmasını media vasitəsilə aidiyyəti dövlət qurum rəhbərliyindən xahiş etdi. Və biz "Təzadlar" olaraq bu qalmaqallı anları "Media haqqında" qanunun tələbləri çərçivəsində ictimailəşdirməli olmuşduq...
XXX
Nəhayət, şikayətçi və zərərçəkmiş Solmaz Fərəməzova redaksiyamıza zəng edərək bildirdinki, aidiyyatı dövlət qurumlarının şirkət rəhbərliyinə tələbləri əsasında problemdən çıxış yolu təklifi gəlib. Belə ki, Fərəməzovlara qəti söz verilib ki, 18 may tarixində danışıqlar masasında razılaşma əldə ediləcək, problem qəti həllinintapacaq: "Onlar mənə zəng edərək bildirdilər ki, siz "Təzadlar" qəzetinin rəsmi saytında və fb səhifəsində yayımlanmış məlum videoçıxışlara müvəqqəti fasilə verin, problemi rahat şəkildə çözmək mümkün olsun... Odur, xahiş edirəm, mənim şikayətim əsasında yayımlanmış həmin videoçıxışı müvəqqəti dayandırasınız...".
Beləliklə, redaksiya 6 illik həlledilməz problemdən çıxış yolunun tapılması ehtimalları ilə şikayətçinin ricasını nəzərə alıb sülh yaradılması naminə həmin videoçıxışın yayımını müvəqqəti dayandırır.
Onu da deyək ki, bu tip çoxsaylı qalmaqalların müəllifi olan "Real" MTK-nın rəhbəri iş adamı kimi tanınan İlham Qasımovdur.
Mövzunu diqqətdə saxlayırıq.
Xəyyam Qurbanlı