Uzun müddətdir geniş ictimai müzakirə mövzusu olan “Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi artıq başa çatıb.

Tezadlar.az xatırladır ki, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan əvvəlki məhkəmə prosesində isə prokuror V.Ələsgərovun 10 il, R.Ələsgərovun 12 il, R.Niftəliyevin 9 il, R.Qarayevin isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Hansı ki, V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 Azərbaycan ordusunun zəifləməsinə, hərbçiləri xidmət keçməyə nifrət etməyə hesablanmış bu cür qanunsuz fəaliyyətin cavabı daha ağır olmalı idi. Təəssüf ki, hələki cəza belə oldu.

Zərərçəkənlərin valideynləri isə hökmdən narazıdır və apellyasiya şikayəti verəcəklərini bildiriblər.

ELŞAD

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN