Qazaxıstanın Karaqanda vilayətinin məhkəməsi yerli sakini Vaqner ÖHŞ –nin

(Özəl Hərbi Şirkət) tərkibində Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə 6 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Tengrinews xəbər yayıb.

Həmin şəxs Qazaxıstan Cinayət Məcəlləsinin 170-ci maddəsinin 3-cü hissəsi (Konstitusiya quruluşunu devirməyə və sarsıtmağa və ya dövlətin ərazi bütövlüyünü pozmağa yönəlmiş muzdlu silahlı münaqişədə, hərbi əməliyyatlarda və digər zorakılıq hərəkətlərində iştirak etmə) ilə təqsirli bilinib.

Qeyd edək ki, bu maddə üzrə maksimum cəza əmlakı müsadirə olunmaqla 10 il həbsdir.

Məhkəmə müəyyən edib ki, bu ilin mart ayında Karaqanda vilayətindən olan bir nəfər “Vkontakte” sosial şəbəkəsində “Vaqner ÖHŞ”inə işə qəbulla bağlı elanı görüb və sonradan mükafat üçün Ukraynadakı müharibədə iştirak etməyə razılaşıb. Adam Rusiya ərazisinə gedib, orada hərbi təlim keçib və aprelin sonunda Baxmuta göndərilib. Orada o, “Ukraynanın konstitusiya quruluşunu sarsıtmağa və ərazi bütövlüyünü pozmağa yönəlmiş hərbi əməliyyatlarda iştirak edib, bu prosesdə yaralanıb və tərxis edilib”, - məhkəmənin mətbuat xidmətinin bəyanatında deyilir.

 Məlum olduğu kimi bu ilin avqust ayında Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə olan “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin ölüblər. Daha əvvəl muzdlu döyüşçüləri ilə Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmiş İş adamı Priqojin Putinə qarşı qiyam qaldırmışdı...

Xatirladaq ki, bir müddət əvvəl Vaqnerçi dəstələrdən birinin keçmiş komandiri Andrey Medvedev vaqnerçilərin muzdluları edam etməsi ilə bağlı ən azı 10 hadisədən xəbərdar olduğunu söyləmişdi...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN