Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərindən, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb.

whatsapp-image-2024-05-23-at-13_50_33

Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər. E.Əlifxanov və R.Rəfiağayev marixuananı pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

***

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə  Vüqar Məmmədov, Amil Boyatov,  Zaur Şirinov və Səyyar Məmmədov saxlanılıb. Onlardan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, eləcə də narkotik vasitə olan marixuana, heroin və metamfetamin aşkar edilərək götürülüb. 

whatsapp-image-2024-05-23-at-13_52_36

Saxlanılanlar maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar odlu silah və narkotikləri əvvəlcədən razılaşdıqları yerə çatdırmalı imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Həmçinin, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində 1986-cı il təvəllüdlü Romal Fətullayev saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.

whatsapp-image-2024-05-23-at-13_51_36

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125.000 manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü  İvan Kisliyakov saxlanılıb.

Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

RÖVŞANƏ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN