Hindistanda cinayət ortaqları ilə birlikdə ərini 80 milyon rupi qarşılığında öldürən Karnataka ştatının sakini həbs edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “News9Live” yazır.

Belə ki, oktyabrın 8-də Kodaqu rayonunda qəhvə plantasiyasında yanmış cəsəd qalıqları aşkar edilib. Tezliklə məlum olub ki, cəsəd Rameş adlı varlı adama məxsus olub. Polis dərhal 16 nəfərdən ibarət istintaq qrupu yaradıb və onlar tez bir zamanda hindistanlı kişinin Niharika adlı həyat yoldaşını tapıblar. Qadının ali mühəndislik təhsili olub, lakin bütün həyatı boyu varlanmaq naminə müxtəlif saxtakarlıq sxemləri yaratmaqla məşğul olub və nəticədə həbsxanaya düşüb.

2018-ci ildə sərbəst buraxılıb və Rameşlə tanış olub. Dərhal evləniblər. Adam yaxşı qazanıbmış və on milyonlarla rupi əmanəti olub. O, Niharikanın "ekstraqant həyat tərzini" tam təmin edib, lakin bu, onun üçün kifayət etməyib. İstintaqın məlumatına görə, Rameş həyat yoldaşına müəyyən ehtiyaclar üçün 80 milyon rupi verməkdən imtina etdikdən sonra ər-arvad arasında münasibətlər pisləşib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN