İtaliyada gənc tələbənin faciəli şəkildə öldürülməsi ilə bağlı səs-küylü məhkəmə prosesi başa çatıb. Venesiya məhkəməsi 22 yaşlı Filippo Turrettanı amansız cinayətdə təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.

Tezadlar.az xəbər verir ki, istintaqın məlumatına görə, Turretta keçmiş sevgilisi Culiya Çekkettin ilə vəhşicəsinə davranaraq ona 70-dən çox bıçaq xəsarəti yetirib. Təqsirləndirilən şəxs özü də qətldə günahını etiraf edib.

Qeyd edək  ki, bu cinayət İtaliyada dərin ictimai rezonansa səbəb olub. Faciə qurbanın - 22 yaşlı tibb tələbəsinin gənc yaşını nəzərə alaraq ictimaiyyəti xüsusilə şoka salıb. “Səs-küy dəqiqələri” məktəblərdə, universitetlərdə və qadınların müdafiəsi üçün təcili olaraq qanun layihəsini qəbul edən İtaliya parlamentinin iclasında baş verib.

Culiya Çekkettin 11 noyabr 2023-cü ildə yoxa çıxıb. Onun yoxa çıxmasından bir həftə sonra onun plastikə bükülmüş cəsədi Friuli-Venesiya-Culiya şimal bölgəsindəki gölün yanında yol kənarındakı xəndəkdə tapılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN