Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20 yaşlı Vilayət Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, ondan 5 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə - həşiş və marixuana aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib.

Ümumilikdə yanvar ayı ərzində Nəsimi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 40-dan artıq əməliyyat keçirilib. Qanunsuz dövriyyədən 16 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə çıxarılıb. Saxlanılanlardan 6-sı paytaxt ərazisində narkotiklərin bilavasitə satışını həyata keçirən şəxslər olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Həmçinin son bir neçə gündə həyata keçirilən əməliyyat, profilaktik və maarifləndirmə tədbirləri nəticəsində Nəsimi rayon sakinləri tərəfindən 8 avtomat, 3 tüfəng və 1 tapança Polis İdarəsinə təhvil verilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN