… "Təzadlar"a daxil olan şikayət məktublarından belə qənaətə gəlirik ki, cəmiyyətimiz bir yandan Qarabağdakı Zəfər müharibəmizdən nə qədər qürurludursa, həm də bəzi dövlət qurumlarındakı vətəndaş laqeyidliyinə görə məyyusdur.
Xüsusən də məhkəmələrdəki özbaşınalıqlardan, ədalətsiz qərarlardan. Təbii ki, vicdanlı və ədalətli qərarları ilə cəmiyyətdə dərin hörmət qazanan hakimlərimiz də az deyil. Amma həm də onlar çox da deyillər… Halbuki həm hakimlərin, həm prokurorların, həm də vəkillərin Qanunlarımızda yazılmış, təsbit olunmuş andları var.
***
«Təzadlar» həmin andları bir daha xatırlatmaqla, həm də arzu edir ki, bu andlar əməli işlərdə öz yerini tapmış olsun.
Hakim andı:
“Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm”.
Prokuror andı:
"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, öz vəzifələrimi layiqincə yerinə yetirəcəyimə, xidmət sirri qoruyacağıma, prokurorluq işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm".
Vəkil andı:
"Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm".
***
Sonda: üzümüzü həmin dövlət və ya rəsmi qurumların üzvlərinə tutub deyirik: sizi and veririk o andınıza, ədalətli olun!
A.Məmmədli