booked.net booked.net  

Azərbaycan Mətbuat Şurasının sədri, sabiq deputat Əflatun Amaşovun adından guya istefa ərizəsi yazması barədə məlumat yayılıb... Ə.Amaşov bu cür yalan məlumat yazanlara cavab verib. Tezadlar.az Ə.Amaşovun fb səhifəsinə istinadla bildirir ki, şura sədri statusunda belə yazıb: "...Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şaiyədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam. Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır".
Əlavə şərhə ehtiyac varmı?
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN