Gülməlidir, 28 ildir bizi Qarabağsız qoyan ATƏT-in Minsk Qrupu indi də Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb…

Bildiyimiz qədər, ATƏT-in Minsk Qrupu çoxdan ölmüşdür, yəni siyasi həyatda yoxdur. İndi durub Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıblar. Ki, yəni biz reanimasiyada idik, artıq nəbzimimz vurur, sağıq!

Gülməli də olsa, bəyanatda bildirilir ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir.

Adama sual verilməlidir ki, bəs 30 il Azərbaycan dağılanda, şəhər və kəndləri viran qoyulanda, bir milyonluq Qarabağlı didərgin salınanda, öldürüləndə, işgəncələrə məruz qalanda niyə narahat deyildiniz???

 Bu xortlamış qurumun həmsədrləri daha sonra bəyan edir ki, «…Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır… Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər".

Təkrarən sual yaranır: Qarabağ od tutub yananda, əsirlikdəki insanların işgəncələrdən səsi ərşə dirənəndə Minsk Qrupu harda idi??? Hansı bulağın üstündə donuz kababı yeyirdiniz??? İndi Ermənistan diz çöküb deyə, Qarabağ və atəşkəs yada düşdü?!

Bəyanatın mahiyyəti, əslində, ondan ibarətdir ki, həmsədrlər neçə vaxtdır bulaq başında yeyib-içmirdi. Darıxıblar köhnə-30 illik kef məclisləri üçün…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN