2005-ci ildə sifarişlə qətlə yetirildiyi deyilən məşhur jurnalist – “Monitor” jurnalının baş redaktoru və təsisçisi Elmar Hüseynovun ailəsi uzun illərdən sonra Azərbaycana gəlib. 

Məlumata görə, jurnalistin həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan 17 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib.

tezadlar.az xəbər verir ki, bu səfəri Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib.

Qeyd edək ki, ailəsi mərhum jurnalistin məzarını da ziyarət edib.

elmar-qebir-2

Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2 -də, saat 21:00 radələrində, işdən evə qayıdarkən paytaxtın Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində, naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində - 7 güllə ilə qətlə yetirilib.

O,ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş 4 aylıq olub. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN