Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı bəzi saytlarda qərəzli və böhtan xarakterli informasiya yayılıb.

Cari ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Belə ki, yazı müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib.

Komitədən bildirilib ki, qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb. Qeyd olunub ki, 15 nəfərdən 11–i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır.

“Təəssüflə bildiririk ki, bəzi mətbuat nümayəndələri hər hansı bir məlumatı yaymazdan əvvəl onu müvafiq qurumdan dəqiqləşdirmək istəmirlər. Beləliklə də, məlumat qeyri-ciddi təsir bağışlayır və acı gülüş doğurur. Bu cür yanaşma jurnalistika etikasından uzaq və öz peşəsinə hörmətsizlikdir. Özünü ciddi hesab edən media orqanı həmin jurnalistlərin adını yazmalı və ən azından bunun səbəbini araşdırmalı, böhtan xarakterli məlumat yaymaqla Dövlət Komitəsinin fəaliyyətinə kölgə salmağa cəhd etməməli idi. Tövsiyə edirik ki, “əziyyət” də olsa pul mükafatını ala bilməyən jurnalistlərlə əlaqə saxlasınlar. Bu cür məlumatları yayanlar özləri qara şou yaratmaqla məşğuldurlar”, - deyə Komitənin məlumatında vurğulanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN